Ölkə

Naxçıvanda hərbi qulluqçular seçki hüququ ilə bağlı maarifləndirilib

18 Yanvar 2024 11:36
Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə sərhəd zastavalarında hüquqi maarifləndirmə tədbirləri keçirilib.

Milli.Az Secki-2024.az -a istinadən bildirir ki, tədbirlərdə Müvəkkil aparatının əməkdaşları Həsən Həsənov, Sadiq Babayev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Elşən Orucov və müvafiq zastavaların şəxsi heyəti iştirak edib.

"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı E.Orucov açaraq qeyd edib ki, plana uyğun olaraq sərhəd zastavalarında bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilib və bugün keçirilən tədbir hərbi qulluqçuların seçki hüququ ilə bağlı maarifləndirilməsində xüsusi əhəmiyyətə malikdir.

Sonra Müvəkkil aparatının əməkdaşı H.Həsənov seçki hüququ və bu hüququn pozulmasına görə məsuliyyət barədə geniş məlumat verib. Sonda iştirakçıları maraqlandıran suallar Müvəkkil aparatının əməkdaşları tərəfindən cavablandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.