Bu gün artıq sərhədlərimiz öz nəzarətimizdədir. Separatçıların bəziləri 19-20 sentyabrda Ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra təslim oldular, bəziləri isə qaçmağa cəhd göstərərkən yaxalandılar.
Bütün bunlar Ermənistana və onun havadarlarına bir dərs olmalı idi ki, Azərbaycanla təkəbbürlə və hədə-qorxu ilə danışmaq mümkün deyil. Azərbaycan Prezidenti, Azərbaycan Ordusu, ümumiyyətlə, Azərbaycan xalqı öz tarixi torpaqlarını geri almağa və qorumağa qadirdir.
Artıq Azərbaycan xalqı yeni bir tarixi yazmağın astanasındadır. Belə ki, bildiyimiz kimi fevral ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bununla bağlı dövlət başçımız İlham Əliyev ictimaiyyətə bildirib ki, "Birinci səbəb təbii ki, suverenliyimizin bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır.
İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.
Milli.Az xəbər verir ki, artıq bununla bağlı Trend İnformasiya Agentliyi azad Qarabağda ilk seçki ilə bağlı Zəngilanın Ağalı kəndindən reportaj hazırlayıb.
Sözügedən reportajı təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun