Ölkə

"Böyük Qayıdış kimi tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin əsas vəzifəsidir - Hafiz Paşayev

15 Dekabr 2023 21:50
Baxış: 3 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsilin keyfiyyət göstəricisi şagird və tələbədirsə, bu təhsilin təminatçısı müəllimdir. Müəllim adını qorumaq, yüksəltmək hər birimizin vəzifəsidir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

O vurğulayıb ki, bu il xalq olaraq Azərbaycanın ərazi hüdudlarının bərpa olunmasında son nöqtəni Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində bayrağımızı ucaldaraq qoydu.

"Böyük Qayıdış prosesi sürətlə davam etdirilir. Bu tarixi prosesi gənclərə çatdırmaq müəllimlərin üzərinə düşən vacib vəzifədir. Mürəkkəblə yox, qanla yazılan yeni salnaməmiz, Azərbaycanın dünyaya açıq siyasəti bugünkü aparıcı istiqamətlərdən olmalıdır", - deyə Hafiz Paşayev qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.