Zəlzələdən sonra polis gücləndirilmiş iş rejiminə keçib. Bu dəqiqələrə qədər DİN-ə dağıntılarla bağlı məlumat daxil olmayıb.
Milli.Az manset.az-a istinadən xəbər verir ki, bunu dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələ ilə dair brifinqdə DİN-in Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.
O bildirib ki, əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları zəlzələ baş verdiyi andan polis əməkdaşları tərəfindən nəzarətə götürülüb.
"Bütün zəruri addımlar atılıb. Vətəndaşları belə hallarda təmkinli olmağa çağırırıq", - deyə o qeyd edib.
Oğurluq hallarının olub-olmaması ilə bağlı sualı cavablandıran Elşad Hacıyev deyib ki, belə bir fakt qeydə alınmayıb
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun