Ölkə

Qarabağ Universiteti bu binada fəaliyyətə başlayacaq: Xankəndidən unikal GÖRÜNTÜLƏR

4 Dekabr 2023 20:40
Baxış: 1 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağ Universiteti öz müəllimlərini və tələbələrini qarşılamağa hazırdır.

Bu barədə AzTV-də yayımlanan "HƏFTƏ" ictimai-siyasi proqramında bildirilib.

Sujetdə daşnak yuvasına çevrilən Xankəndi Pedaqoji İnstitutunun ləğvi və onun istiqamətini dəyişəcək Qarabağ Universitetinin fəaliyyəti barədə məlumat verilib.

Qeyd edilib ki, Qarabağ regionunda təhsil ənənəsi tarixən mövcud olub. Burada orta təhsil müəssisələrilə yanaşı musiqi və peşə məktəbləri fəaliyyət göstərib. Xankəndidə ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb.

Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında fəaliyyət göstərəcək Qarabağ Universitetində regionun inkişafı üçün kadr potensialının yetişdirməsi gözlənilir.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.