Ölkə

"Nikaha daxil olanlar bu testdən keçsin" - Təklif

29 Noyabr 2023 15:46
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nikaha daxil olan şəxslərin narkomaniyaya görə yoxlanılması mütləqdir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu deputat Kamilə Əliyeva Milli Məclisdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.

O bildirib ki, bu artıq zərurət halı alıb:

"Bu tədbir eyni zamanda, narkomaniya ilə mübarizədə təbliğat xarakteri də daşıyar. Çünki belə olsa, hər bir gənc narkomaniyaya qurşanıbsa, biləcək ki, gələcək taleyinə maneə törədə bilər. Beləliklə, zərərli vərdişdən əl çəkə bilər. Hesab edirəm ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməlidir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.