MTK-ların kommunal ödəniş fırıldağı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mənzilin sahəsi dövlət çıxarışında 75.2 kvadratmetr göstərildiyi halda, vətəndaş Mənzil-Tikinti Kooperativlərinə (MTK) komunnal xidmətlərə görə 87 kvadratmetr sahə üçün ödəniş edir.
Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bəzi MTK-lar alqı-satqı zamanı komunnal ödənişlərin məbləğini özləri təyin etdikləri kvadratmetrə əsasən müəyyənləşdirirlər. Əksər hallarda mənzilə çıxarış alarkən onun sahəsi MTK ilə imzalanan müqavilədə göstərilən kvadratmetrdən az olur.
Xidməthaqqı köhnə müqaviləyə əsasən hesablandığına görə vətəndaşlar MTK-ya daha çox ödəniş etməli olurlar.
Məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı bildirib ki, mülki qanunvericiliyə əsasən, mənzilin əsas sənədi dövlət çıxarışı hesab olunur və ödənişlər də orada göstərilən sahəyə görə həyata keçirilməlidir.
Yalnız dövlət çıxarışı olmadığı halda, xidməthaqqı MTK-nın vətəndaşla bağladığı müqavilə əsasında hesablana bilər.
Vətəndaşların sözlərinə görə, MTK-lar müəyyən xərclərini qarşılamaq üçün bu üsulla əlavə gəlir əldə etməyə çalışırlar.
Ekspert qeyd edib ki, MTK-lar əlavə gəlir əldə etmək üçün vətəndaşların məlumatsızlığından istifadə edirlər. Əslində çıxarış alan mənzil sahibləri MTK-ya yaxınlaşaraq müqavilənin yenilənməsini tələb edə bilərlər.
O, əlavə edib ki, qanunsuzluğa yol verən MTK-lara qarşı ciddi tədbirlər görülmədiyindən bu sahədə sui-istifadə halları dəfələrlə artıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
XƏBƏR LENTİ
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
"Barselona"nın ən çox maaş verəcəyi futbolçu - (Foto)
-
"Yeraltı"nda yeni sima - (Foto)
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı - Yenilənib
-
Beynəlxalq Muğam Mərkəzində yeni mövsümün ilk “Muğamat axşamı” keçirilib - (Foto)
-
"Liverpul" klub tarixinin ən bahalı transferini edir - (Foto)
-
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
-
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın





