Ölkə

Sabah bu ərazilərdə qaz olmayacaq

24 Noyabr 2023 00:22
Baxış: 1 049
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qaz İxrac" İdarəsinə məxsus yeni çəkilmiş "Horadiz-Laçın" yüksək təzyiqli magistral qaz kəmərinin "Beyləqan-Horadiz" magistral qaz kəmərinə birləşdirilməsi ilə bağlı 24.11.2023-cü il saat 08:00-dan işlər başa çatanadək "Füzuli Diaqnostika", "Füzuli-Horadiz", "Allahyarlı" və "Əhmədbəyli" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Füzuli rayonunun tam olaraq, Beyləqan rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.