Ölkə

Fransa Bakıya silah almaq şansı yaratdı - Ekspert

14 Noyabr 2023 12:34
Baxış: 1 193
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fransanın Ermənistana hərbi texnika göndərməsi narahatlıq üçün əsas versə də, Azərbaycan üçün müəyyən imkanlar da açır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq Azərbaycanın da eyni məntiqdən çıxış edərək AB ölkələrindən silah-sursat və hərbi texnika ala biləcəyini bildirib:

"Avropa ölkələri, o cümlədən Fransa Birinci Qarabağ müharibəsi dövründən etibarən Azərbaycana və Ermənistana silah və hərbi texnika satmamaq barədə ümumi qərar verib. Fransa Ermənistana hərbi texnika göndərməklə embarqo qərarından çıxmış oldu. Belə olan halda digər Avropa dövlətləri rahatlıqla Azərbaycana hərbi texnika və silah sata bilərlər. Misal üçün Azərbaycan Müdafiə Nazirliyi bir müddətdir İtaliya ilə danışıqlar aparır, bu ölkənin hərbi təyyarələrinə marağımız var. Elə Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak edən Azərbaycanın müdafiə naziri Zakir Həsənov italiyalı həmkarı ilə görüşərək, iki ölkə arasında hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşı İtaliyadır. Bu ölkə Parisə boylanmadan Azərbaycana hərbi texnika sata bilər. Avropanın digər dövlətlərinin, o cümlədən Azərbaycanla strateji tərəfdaşlığı olan Polşa və Çexiyanın da ölkəmizə silah satması mümkündür".

Milli.Az 

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.