Hava

Hava kəskin DƏYİŞİR - Güclü külək xəbərdarlığı EDİLDİ

23 Aprel 2026 16:58
Baxış: 503
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aprelin 24-25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətin məlumat yayıb.

Bildirilib ki, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Bərdə, Yevlax, Tərtər, Ağdam, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Qusar, Xızı, Salyan, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.