İTV-də baş direktor vəzifəsinə namizədlər üçün qəbul başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Audiovizual Şura İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edib.
Bu barədə Milli.Az-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Audiovizual Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə seçilmək üçün namizədlərin sənəd qəbulunu elan edir
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini tutmaq istəyən namizədlər sənədlərini 27 aprel 2026-cı il saat 9.00-dan 8 may 2026-cı il saat 18.00-dək Azərbaycan Respublikası Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi 315) təqdim etməlidirlər.
Namizədə dair tələblər:
Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Namizəd ali təhsilli olmalıdır.
Əvvəllər ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, həmçinin məhkumluğu ödənilməmiş şəxs namizəd ola bilməz.
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxs namizəd ola bilməz.
Təqdim olunmalı sənədlər:
Ərizə
Şəxsiyyət vəsiqəsinin surəti
Əmək kitabçasının surəti
Kadrların şəxsi uçot vərəqi (fotoşəkil ilə)
Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq olunmuş surəti
Qeyd olunan sənədlər 2 nüsxədə təqdim olunmalıdır.
Sənədlərin qəbulu üzrə məsul şəxs:
Kamran Əliyev (Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin məsləhətçisi)
Əlaqə vasitələri:
E-poçt: [email protected]
Telefon: (012) 434-81-07
Qeyd edilib, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunu sənədlərini təqdim etmiş namizədlər arasından səsvermə yolu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası seçir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qan şəkərini sabit saxlamaq üçün ən yaxşı səhər yeməyi
-
Avqustun sonunda 3 bürcü sınaq gözləyir
-
Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
-
Maşında ürəkbulanmanın yaranma səbəbi
-
Bu restoranda hər şey baş-ayaqdır: Nə masası var, nə də qapısı...
-
Pilləkənlə qalxmağın faydaları – Sağlamlıq üçün təsirli vərdiş
-
2026-cı ilin noyabrı dünyanın sonudur! - Alimlər 66 il əvvəl niyə belə düşünüb?
-
Dabanınız çatlayırsa, bunu edin
-
Braziliyada alimentə görə oğlunu öldürmək istədi - ChatGPT ilə plan qurdu
-
"Zirə" evdə "İmişli"ni məğlub edib
-
Tərtərdə avtomobil piyadanı vuraraq öldürüb
-
Bakıya 20 ildə 200 milyard dollardan çox sərmayə qoyulub - Eldar Əzizov
-
Anxel Di Mariya buna görə karyerasını bitirmək istəyir
-
Fənərbaxça”dan Taliska açıqlaması
-
İsmayıllıda göldə bacı-qardaş batıb
-
8 il sonra eyni serialda çəkiləcəklər
-
"Şəfa" "Qəbələ"yə qalib gəldi
-
Goranboyda ağır qəza - Ölənlər var
-
68 yaşlı motosiklet sürücüsü qəzada öldü
-
Azərbaycan da siyahıda idi: ABŞ-dan viza qərarı
-
Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır - (Video)
-
Faiq Ağayevə ağır itki üz verdi
-
Tramp: Bunu qadağan edən qanun dəyişdirilsə, məmnun olaram
-
Acunun komandası ilk turda “Mançester Yunayted”i məğlub etdi





