Hava şəraitinin pisləşməsi ilə bağlı nazirlikdən əhaliyə MÜRACİƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyinin bəzi ərazilərdə gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Milli.Az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bir sıra ərazilərdə arabir güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Eləcə də intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nazirlər “Sabah” - “Barselona” oyununda - (Video)
-
Yevlaxda yük maşını ilə mikroavtobus toqquşdu: Ölən və yaralanan var
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Barselona" oyununda 5-ci qol - Yenilənir - Canlı
-
Elmira Şabanovanın dəfn yeri açıqlandı - Yenilənib
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Azərbaycanda qadın amansızca döyüldü: Pəncərəsi daşlandı - (Foto)
-
Qaradağda palçıq vulkanı püskürdü - (Video)
-
Əhməd Talıbov ADSEA-da yeni Aparat rəhbəri oldu
-
Masallıda musiqi müəllimləri və şagirdlər üçün ustad dərsləri keçirilib - (Foto)
-
Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB-dən rəsmi açıqlama
-
İsmayıllıda traktor iki hissəyə parçalandı, 4 yaralı var - (Foto)
-
Azərbaycanlı iş adamı Turqut Hüseynov beynəlxalq uğurlarından danışdı - (Foto/Video)
-
Eldəniz Zeynalovun ailəsinin faciəsi - Evləri satıldı, nəvəsi ağır vəziyyətdədir
-
Azərbaycan mobil internet sürətinə görə dünyada 47-ci yerdədir
-
“Hərbi-vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib - (Foto)
-
Küləklə bağlı xəbərdarlıq
-
Qvardiola İtaliya millisinin təklifindən imtina edib
-
"Qızım məktəbi qızıl medalla bitirib, universitetə qəbul olub" - Manana Çaparidze
-
Mbappe Çempionlar Liqasında Fransa futbol tarixini yenidən yazdı
-
Bakıda avtobuslar üçün xüsusi işıqfor istifadəyə verildi - (Foto/Video)
-
Tələbə 5-ci mərtəbədən yıxılaraq öldü - 652 bal toplamışdı
-
"Sabah"ın U-19 komandası "Barselona"ya 7 qolla uduzdu
-
Azərbaycanda 1 milyondan çox insanın pensiyası artacaq - Rəsmi
-
ABŞ-də polis maşınında “Bakılı balası” - (Video)





