Mədəniyyət

Xalq çalğı alətləri ifaçılarının konserti təqdim olunub - FOTO

23 Aprel 2026 17:21
Baxış: 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan muğamı" layihəsi çərçivəsində xalq çalğı alətləri ifaçılarının konserti keçirilib.

Konsertin məqsədi klassik ənənələri müasir yanaşmalarla təqdim etməkdir. Konsertdə tar, kamança və qanun alətlərində ifa edən sənətkarların ifaları təqdim olunub. İfaçılıq ənənələrinin yaşadılması və ötürlüməsinə yönələn, alət ifaçılığının inkişafına töhfə olaraq ərsəyə gələn layihə ayda bir dəfə olmaqla sənətsevərlərin görüşünə gəlir.

Konsertdə tanınmış tarzən və pedaqoqlar Cəbrayıl Göyüşov, Elman Sadıqov, Nurlan Cəfərlinski, Mirhüseyn Əsədullayev, gənc ifaçılar Cahandar Mikayılov, Vaqif Təhməzov, Pərvin Vəlizadə, Günay Mahmudova və Səid Cabbarov çıxış ediblər. İfaçıları Gülnarə Teymurzadə, Adil Müslümov, Ülvi İsmayıl, Ruhulla Dadaşov, Səyyar Teymurov, Elnur Yusubov, Vüsalə Rəhimova, Züleyxa Dadaşova, Məmməd Məmmədli, Nurlan Abbasov, Hüseyn Ələkbərli və "Muğam" ansamblı müşayiət edib.

Tamaşaçıların böyük maraq və alqışları ilə qarşılanan layihənin növbəti konserti 11 may tarixində reallaşacaq.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.