Günlük 50 manatdan 1000 manata: dənizkənarı kirayə bazarında real qiymətlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə yay mövsümünün başlamasına iki aydan az vaxt qalıb.
Bu mövsümdə Azərbaycanda dənizkənarı evlərin günlük kirayə bazarı, xüsusilə Bakı və ətraf ərazilərdə əhəmiyyətli dərəcədə aktivləşir və qiymətlər kəskin şəkildə yüksəlir. Bu artım əsasən mövsümi tələbin çoxalması, turist axını və istirahət məqsədli kirayələrin geniş yayılması ilə bağlıdır.
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Orxan Rüstəmli bildirib ki, qiymətlər isə təkcə əraziyə görə deyil, həm də evin tipi, dənizə məsafə, şərait və əlavə imkanlardan asılı olaraq dəyişir.
"Bakı ətrafında yerləşən Şüvəlan, Mərdəkan, Buzovna və Bilgəh kimi qəsəbələr dənizkənarı istirahət üçün ən prestijli zonalar hesab olunur. Bu ərazilərdə yay aylarında sadə bağ evlərinin günlük kirayə qiyməti təxminən 80-150 AZN arasında dəyişir. Orta səviyyəli villalar üçün bu rəqəm 150-300 AZN civarında olur. Hovuzlu və yüksək komfortlu lüks villalarda isə qiymətlər 300 AZN-dən başlayaraq 800 AZN və daha yuxarı həddə çata bilir. Xüsusilə iyul və avqust aylarında bu ərazilərdə qiymətlər maksimum səviyyəyə yüksəlir".
Ekspert qeyd edib ki, son illərdə premium istirahət zonası kimi formalaşan Nardaran ətrafında isə qiymətlər daha yüksək seqmentə aiddir.
"Bu zonada residence tipli mənzillərin günlük kirayəsi adətən 150-400 AZN arasında dəyişir. Villalar üçün isə qiymətlər 400 AZN-dən başlayaraq 1000 AZN və daha yuxarı ola bilir. Bu, ərazidə mövcud olan inkişaf etmiş infrastruktur, çimərliklər, restoranlar və əyləncə imkanları ilə əlaqədardır.Daha münasib qiymət axtaranlar üçün Sumqayıt şəhəri alternativ sayılır. Şəhərin dənizkənarı bulvar hissəsində yerləşən mənzillərin günlük kirayə qiyməti əsasən 40-100 AZN aralığında dəyişir. Kiçik həyət evləri və villalar isə 70-150 AZN civarında təklif olunur. Bu ərazi Bakı ilə müqayisədə daha ucuz olduğu üçün əsasən yerli istirahətçilər tərəfindən seçilir. Orta büdcəli seçimlər arasında Pirşağı, Novxanı və Hövsan qəsəbələri də yer alır. Bu zonalarda sadə evlərin günlük kirayəsi 50-120 AZN, daha komfortlu villaların qiyməti isə 120-250 AZN arasında dəyişir. Xüsusilə Novxanı çimərlikləri və sahilboyu restoranları ilə seçildiyi halda, Pirşağı daha sakit və ailəvi istirahət mühiti təqdim edir".
O. Rüstəmli bildirib ki, ümumilikdə, yay mövsümündə Azərbaycanda dənizkənarı evlərin günlük kirayə qiymətləri geniş diapazonda formalaşır.
"Ən sadə variantlarda qiymətlər 40-50 AZN-dən başlayır, orta səviyyəli evlərdə 100-250 AZN aralığında dəyişir, premium seqmentdə isə 400-1000 AZN və daha yüksək məbləğlərə çatır. Qiymətə təsir edən əsas amillər arasında dənizə məsafə, hovuzun mövcudluğu, evin sahəsi və otaq sayı, həmçinin həftəsonu və pik mövsüm faktorları xüsusi rol oynayır. Beləliklə, seçim edərkən yalnız qiymətə deyil, həm də yerləşmə, şərait və ehtiyaclara uyğunluq nəzərə alınmalıdır. Bu bazarda düzgün seçim etmək üçün əvvəlcədən planlaşdırma və erkən rezervasiya da mühüm əhəmiyyət daşıyır", - deyə o, qeyd edib.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək





