İqtisadiyyat

Gümüş bazarında eniş - Qiyməti kəskin düşdü

23 Aprel 2026 16:37
Baxış: 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nyu-York Ticarət Birjasının (NYMEX) altbölməsi olan "Comex" platformasında 2026-cı ilin may ayında təhvil verilməsi nəzərdə tutulan gümüş füçerslərinin dəyəri 2026-cı il aprelin 13-dən bu yana ilk dəfə olaraq bir Trua unsiyası üçün 75 dollardan aşağı düşüb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatlar müvafiq ticarət platformasının rəsmi göstəricilərində öz əksini tapıb.

Bakı vaxtı ilə saat 14:12-də qeydə alınan göstəricilərə əsasən, gümüşün qiymətində 3.86% enmə müşahidə edilib və bir Trua unsiyası 74.95 dollar təşkil edib. Saat 14:17-yə olan məlumatlarda isə qiymət geriləməsi daha da sürətlənərək, bir Trua unsiyası üçün 74.925 dollara (-3.89%) kimi azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.