Ölkə

Bu kənddə yas mərasimində yemək vermək qadağan edildi

11 Sentyabr 2023 17:36
Baxış: 2 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib.

Milli.Az qafqazinfoya istinadla bildirir ki, 10 sentyabr tarixindən etibarən kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq.

Həmçinin xüsusi vurğulanıb ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək.

Qeyd edək ki, kənd ağsaqqallarının iştirakı ilə keçirilən yığıncaqda qəbul edilən qərar kəndin sosial şəbəkə səhifələrində paylaşılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.