Ölkə

Motosiklet qəza törədərkən sığorta hadisəsi NECƏ QİYMƏTLƏNDİRİLƏCƏK? - VİDEO

10 Sentyabr 2023 17:20
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürəti saatda 50 km/saatdan yuxarı olan motosikletlər dövlət qeydiyyat nişanı ilə təmin edilir və onu idarə edənlər də sürücülük vəsiqəsi alırlar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ''Yol Hərəkəti Haqqında'' qanunda edilən bu dəyişiklik avqustun 1-dən qüvvədədir. Bu tip nəqliyyat vasitələrini idarə edənlərin qayda pozuntularına yol verdiklərini nəzərə alsaq, belə bir sual aktuallaşır.

"Motosikletçilərin də mülki məsuliyyəti icbari qaydada sığortalanmalıdırmı?. Bəs motosikletçilər qəza törədərlərsə, qarşı tərəfə dəymiş zərər necə hesablanır?."

Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov məsləəyə aydınlıq gətirib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, dövlət qeydiyyat nişanı olan motosiklet sürücüləri nəqliyyat vasitələrini sığorta etdirməsələr, xüsusi texniki vasitələrin köməyi ilə elektron qaydada cərimə edilirlər.

Cərimənin məbləği 50 manatdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.