Ölkə

Bu rayonlarda qaz kəsiləcək

6 Sentyabr 2023 09:48
Baxış: 1 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Abşeron, Xəzər və Qazax rayonlarının bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:00-dan Abşeron rayonu, Hökməli qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi və siyirtmələrin əvəzlənməsi, "Qaz İxrac" İdarəsi tərəfindən saat 09:00-dan "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərində görüləcək təmir işləri və saat 10:00-dan "Əskipara-Qazax qolu" magistral qaz kəməri üzərində qaz tənzimləyici qurğunun quraşdırılması, siyirtmələrin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Qeyd edilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Abşeron rayonunun Hökməli qəsəbəsinin (tam olaraq), Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin (bir hissəsinin) və Qazax rayonunun (bir hissəsinin) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.