Ölkə

Göygöldə ekologiyanı çirklədənlər cəzalandırıldı - FOTO

20 İyul 2023 09:32
Baxış: 1 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göygöldə ətraf mühitin mühitin mühafizəsi tələbləri pozulduğuna görə vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilib

Milli.Az xəbər verir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, rayonun Yeni Zod ərazisində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bundan başqa monitorinqlər zamanı rayonun Aşıqlı, Quşqara, Qızılca kəndlərində fəaliyyət göstərən ümumilikdə 4 kafe-restoranda məişət tullantılarının urnalardan kənara atılması müəyyən edilib, obyekt sahibləri ilə profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.