Ölkə

Naxçıvanda bu Xidmət ləğv edildi, yeni qurum yaradıldı

11 İyul 2023 09:12
Baxış: 1 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti ləğv edilib.

Milli.Az bildirir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov fərman imzalayıb. Fərmana əsasən, Xidmətin şəhər və rayonlarda yerləşən əmlakı ştat vahidləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin regional dövlət aqrar inkişaf mərkəzləri yaradılıb.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalov fərman imzalayıb. Belə ki, nazirliyin tərkibində Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzi, Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzi və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin strukturu da təsdiq edilib.

Belə ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmana əsasən nazirliyin aparat işçilərinin sayı müəyyənləşib. Kənd Təsərrufati Nazirliyi Aparatının işçilərinin say həddi 62 ştad vahidi, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi 51 ştad Vahidi olaraq müəyyən edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.