Ölkə

Taksilərlə bağlı qaydalar nə vaxtdan qüvvəyə minir? - RƏSMİ

17 İyun 2023 09:45
Baxış: 1 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı qaydalar hazırlanır. Bu qaydaların nə vaxtdan qüvvəyə minməsi ilə bağlı hər hansı məlumat yoxdur.

Milli.Az bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, hazırda proses müzakirə mərhələsindədir. Qanun qüvvəyə mindikdən sonra isə dəqiq tarix bəlli olacaq:

"Taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan bütün addımlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasına hesablanıb.

Qanunvericiliyə taksi fəaliyyətinin tənzimlənməsi, bəlli standartların qoyulması və nəzarət mexanizminin qurulmasını nəzərdə tutan dəyişikliklər təklif olunur. Hazırda layihə üzərində müzakirələr aparılır. Qanun qəbul edildikdə qüvvəyə minmə tarixi göstəriləcək".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.