Ölkə

Azərbaycanın ilk özəl regional televiziyasının yaranmasından 30 il ötür - FOTO

6 İyun 2023 10:17
Baxış: 847
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kəpəz" Müstəqil Teleradio Şirkəti 1993-cü ilin yayında Gəncə şəhərində yayıma başlayıb.

Gəncə - Daşkəsən və Qazax - Tovuz iqtisadi rayonlarında yaşayan insanların gündəlik informasiya tələbatını ödəyən Kəpəz TV, hər gün 4 xəbər buraxılışında və müxtəlif səpkili verilişlərində qərb bölgəsində baş verən bütün prosesləri işıqlandırır. Uşaqlara hər zaman vaxt ayıran televiziya xüsusilə şəhid ailələrinin övladlarını diqqətdə saxlayır, balacaların dili ilə atalarının qəhrəmanlıqları nümayiş olunur. Telekanalın əsas məqsədlərindən biri hərbi-vətənpərvərlik məsələlərinə diqqət yetirmək, milli-mənəvi dəyərləri, adət-ənənələri özündə əks etdirməkdir. Bu illər ərzində Kəpəz TV 100-dən çox tarixi, bədii-sənədli filmlər istehsal edib, müxtəlif mükafatlara layiq görülüb.

Televiziyanın www.kepeztv.az saytı izləyicilərin ixtiyarındadır və telekanalı canlı olaraq izləyə bilərlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Audioviziual Şuranın 11 oktyabr 2022-ci il tarixli müvafiq qərarı ilə Kəpəz televiziyasına peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası da verilmişdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.