Ölkə

Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya olundu

15 May 2023 12:43
Baxış: 1 493
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, qurumun vəsatəti əsasında Ukraynanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Elşən Qasımovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Belə ki, Sabirabad rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə Elşən Qasımovun Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq) maddələrində nəzərdə tutulan əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Elşən Qasımov Ukrayna Respublikası ərazisində saxlanılaraq mayın 14-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.