Ölkə

Bakının bu ərazisində söküntü olacaq - Kompensasiya, kirayə pulu, yeni mənzil.... - VİDEO

3 Aprel 2023 12:38
Baxış: 4 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xatirələrdə nə qədər gözəl qalsa da, zamanın tələbi ilə uzlaşmayan "Kubinka" yeni, müasir görkəminə qovuşacaq.

Milli.Az xəbər verir ki, keçmiş filmlərdə gördüyümüz bazarlar, məhəllələr yaxın gələcəkdə yeni siması ilə hər kəsi təəccübləndirəcək. Ötən əsrin ortalarında inşa olunan, bir-birinə bitişik kiçik, darısqal evlər yeni tikililərlə əvəz olunacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, hazırda "Kubinka"da pilot layihə çərçivəsində hissə-hissə söküntü işləri aparılır, artıq 4 iri layihə icra olunaraq yekunlaşmaq üzrədir. Sökülən evlərə kompensasiya ödənilməsi isə bu ərazidə tikinti işləri aparan şirkətlərlə sakinlər arasında razılaşdırılır.

Nəsimi rayon İcra Hakimiyyətinin rəsmisi Ələsgər Rüstəmov İTV-yə bildirib ki, kompensasiya istəyən şəxslərə yerində ödəniş edilir, mənzil istəyən sakinlərə isə 20 kvadrat metr əlavə sahəsi olan mənzil təklif olunur: "Kubinka"nın digər hissələri ilə bağlı iki şirkət tərəfindən müraciət olunub. Hazırda həmin şirkətlərlə adiyyəti qurumlar arasında layihələndirmə işləri aparılır.

Kimlərin ki, evlərinin sahəsi 20 kvadrata yaxındır, onlara da güzəşt edilir. Yeni binalarda 20-25 kvadrat metr evlər olmadığı üçün həmin şəxslərə müəyyən güzəştlər təklif olunur. Bundan əlavə tikinti başa çatana qədər kirayə pulu da verilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.