Ölkə

Ötən gün yaralanan Vasif 4 saatlıq əməliyyat keçirdi

28 Yanvar 2023 11:29
Baxış: 2 785
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. O qeyd edib ki, əməliyyat olunan yaralının vəziyyəti yaxşıdır: "Həyatı təhlükəsiz yoxdur".

Vasifin anası Təranə Tağıyeva isə Oxu.az-a bildirib ki, oğlu əməliyyatı haqda ona əvvəlcədən məlumat verməyib: "Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım çəkib".

Qeyd edək ki, ötən gün saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki əməkdaş isə yaralanıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.