Ölkə

Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 4 avtomobil Xankəndidən Laçına keçib

19 Yanvar 2023 09:14
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus beş avtomobil Laçın yolundan keçib.

Milli.Az xəbər verir ki, BQXK-yə məxsus 4 avtomobil Laçın yolundan maneəsiz keçməsi üçün şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 39 gündür davam edir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.