Ölkə

Maşınla kanala düşüb ölən sürücü müəllim imiş... - FOTO

10 Yanvar 2023 10:54
Baxış: 2 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən Lənkəranda baş vermiş ağır qəzada həyatını itirənlərdən biri müəllim imiş.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, idarə etdiyi "Niva" markalı avtomobili rayonun Əşlə kəndi ərazisində çaya aşıran İlqar Əbdürrəhman oğlu Bayramov riyaziyyat müəllimi işləyib. Siyablı kənd sakini olan İ.Bayramov həm də Şovu kənd tam orta məktəbin Həmkarlar İttifaqının sədri vəzifəsində çalışırmış.

Qeyd edək ki, hadisədə İ.Bayramovun avtomobilində olan sərnişin Ş.Mirzəyev də aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.