Ölkə

Son iki gündə Bakıda baş verən qəzaların sayı AÇIQLANDI

10 Yanvar 2023 09:39
Baxış: 1 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda yağan qar səbəbindən iki gündə 50 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Milli.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, Bakı şəhərində ötən gün 35, bu gün indiki saata qədər isə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Qəzaların hamısı maddi ziyanla yekunlaşıb. Heç bir hadisədə ölüm və xəsarət halı qeydə alınmayıb", - İdarənin baş inspektoru vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.