Hadisə

Azərbaycanlı tanınmış futbolçunun atası həbsdə öldü - Anasını öldürmüşdü - FOTO

10 Yanvar 2023 16:24
Baxış: 2 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda məhkum həbsdə ölüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Məhkum Zahid Balabəy oğlu Novruzov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Xatırladaq ki, mərhum 2019-cu ildə həyat yoldaşı Təranə Novruzovanı başından güllələyərək öldürüb. Daha sonra isə intihar məqsədilə özünü vurub. Təcili xəstəxanaya yerləşdirilən Z.Novruzovun həyatı xilas edilib.

Qeyd edək ki, Z.Novruzov tanınmış futbolçu Nurlan Novruzovun atasıdır. Nurlan Novruzov hazırda Nepal çempionatında mübarizə aparan "Maçxindira" klubunda çıxış edir. O, 2021-ci ilə bu komanda ilə müqavilə imzalayıb. 29 yaşlı hücumçu Azərbaycanda "Bakı", "Sumqayıt", "Zirə", "Səbail" kimi klublarda çıxış edib. Novruzov 2010-2016-cı illər aralığında müxtəlif yaşlılardan ibarət Azərbaycan milli komandalarında çıxış edib. O, Robert Prosineçkinin baş məşqçiliyi dönəmində əsas yığma komandamıza da dəvət alıb.

Z. Novruzov məhkəmənin qərarı ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.