Ölkə

DİN piyada və sürücülərə müraciət etdi - VİDEO

26 Dekabr 2022 12:32
Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında quraşdırılmış videomüşahidə kameraları vasitəsilə piyadaların iştirakı ilə baş verən, xəsarət və ölümlə nəticələnən bir sıra yol-nəqliyyat hadisələrini qeydiyyata alıb.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, aparılan müşahidələrə əsasən, hadisələrin başlıca səbəbi piyadaların məsuliyyətsiz davranaraq yolun hərəkət hissəsini onlar üçün nəzərdə tutulmayan yerlərdən keçmək və nizamlanan piyada keçidlərində svetoforun onlar üçün qadağanedici işarəsində hərəkət etməkdir. Sutkanın müxtəlif vaxtlarında piyadaların iştirakı ilə baş vermiş qəzalar digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane yaradaraq yollarda sıxlığa səbəb olur.

Belə hadisələrin baş verməməsi üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha piyadaları, eləcə də sürücüləri "Yol hərəkəti haqqında" Qanunun tələblərinə, təhlükəsizliyi təmin edən qaydalara riayət etməyə çağırır.

***

"Qarşıdan bayram günləri gəlir. Bu günlərdə insanların böyük əksəriyyəti alış-veriş üçün iri ticarət mərkəzlərinə üz tutacaqlar. İctimai nəqliyyatdan istifadə edənlərlə şəxsi avtomobildən istifadə edənlər arasındakı fərqi nəzərə alaraq deyə bilərik ki, bayram günləri paytaxt yolları kifayət qədər yüklənəcək".

Milli.Az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Yollarda nəqliyyatın hərəkətində sıxlıq olmaması üçün DYP əməkdaşlarının görəcəyi zəruri tədbirlərdən danışan Araz Əsgərli bunları deyib: "Paytaxt ərazisində gündəlik müşahidə olunan hərəkətlərdə ciddi şəkildə yüklənmələr hiss olunmaqdadır. Xüsusən də ictimai iaşə və ticarət müəssisələrinin qarşısında yolun hərəkət hissələrində və piyada səkilərində dayanma, durma tələbləri pozulur. Bu da öz növbəsində hərəkətin fasiləsizliyinə maneə yaradır. Bir daha paytaxt sakinlərindən və şəhərin qonaqlarından yol hərəkəti qaydalarına daha da ciddi yanaşmağı süni sıxlıqlara zəmin yaradan hallardan çəkinməyi xahiş edirik. Polis tam gücləndirilmiş qaydada bayram ərəfəsi, bayram günlərində xidməti təmin edəcək. Hər bir vətəndaşımızın rahatlığını və təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan qaydalara hörmətlə yanaşmağı xahiş edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.