Ölkə

Qeyri-qanuni inşa olunan obyektlər söküldü - VİDEO - FOTO

14 Dekabr 2022 13:44
Baxış: 1 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən Milli.Az-a verilən məlumata görə, birgə tədbirlər çərçivəsində mövcud tələblərə uyğun olaraq qanunsuz tikinti işləri dayandırılmaqla həmin obyektlərin sökülməsi təmin edilir. Belə ki, tikinti norma və qaydalarının tələblərinə və şəhərsalma prinsiplərinə cavab verməyən, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan, tikintisinə icazə alınmadan, layihədən kənar tikilən, o cümlədən yanğın təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri təmin olunmadan, layihə sənədləri təqdim edilmədən inşa olunan və bununla da insanların həyat və sağlamlığına potensial təhlükə yaradan tikililər sökülür.

Həyata keçirilən tədbirlərin məqsədi qanunsuz aparılan tikinti işlərinin qarşısını almaqla şəhərsalma və tikinti sahəsində qanunvericiliyin, o cümlədən normativ sənədlərin tələblərinə riayət olunmasını və yanğın təhlükəsizliyini təmin etməkdən, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək pozuntuları aradan qaldırmaqdan ibarətdir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş tədbirlər nəticəsində aşkar olunmuş pozuntuların aradan qaldırılmaması səbəbindən Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsində yerləşən vətəndaşlar Tariel İdrisov və Natiq Hacıyevə, həmin rayonun Rasim Muxtarov küçəsində yerləşən vətəndaş Cəmilə Səfərəliyevaya məxsus qanunsuz inşa olunan obyektlərin söküntüsünə başlanılıb.

Fövqəladə Hallar Nazirliyi bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, inşaat işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır və xatırladır ki, pozuntular aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi davam etdiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.