Sabunçuda bu sakinlər evdə “kurtka”da gəzirlər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kürdəxanı qəsəbəsində keçmiş məcburi köçkünlərin yaşadığı şəhərcikdə istilik problemi var. Noyabrın 15-dən başlayan istilik mövsümü onların yaşadığı ünvandan yan keçib.
Milli.Az xəbər verir ki, "ATV Xəbər" məsələ ilə bağlı maraqlı süjet hazırlayıb.
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 810 ünvanındakı əksər mənzillərdə masa üzərində zoğal mürəbbəsi və dərman pereparatları görmək mümkündür. Səbəb isə çox sadə! Qışda İstilik olmayan evə xəstəlik gələr.
Sakin: "Evin içində kurtkadı, yorğandı, döşəkdi, odeyaldı hamısın yığmışıq bura, bürünürük, gecə yata bilmirik soyuqdan. Səhər deyirik ay Allah səhər nə vaxt açılacaq. Çöl vallah evdən istidir".
Keçmiş məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə 4 ildir yaşayış var. Sakinlər deyir ki, müəyyən müddət istiliyi ödənişsiz istifadə ediblər. Sonra məlum olub ki, borcları yaranıb. Müəyyən məbləğ ödəməklə problemi həll ediblər. Bu il isə istilik üzünə tamamilə həsrət qalıblar. Səbəb kimi isə ərazidə yerləşən 4 məktəb və bir bağçanın külli miqdarda borcu göstərilir.
Sakin: "35 min manat bizim borcumuz nədədir? O da deyir borcunuz məktəbdi keçirməyib, bağçadı keçirmir, biz gedib bağçanın məktəbin pulun keçirməyəcəyik ki, bizim də cəmi 110-120 nəfərdi, adama 8-9 manat borcumuz var".
Məsələni araşdırmaq üçün məktəb və bağçaya üz tutan "ATV Xəbər" əməkdaşlarına içəri daxil olmağa icazə verilmədi.
Daha sonra şagirdlər də məktəbin soyuq olmasından şikakətlənib: "Soyuq olur, xəstələnirik, məktəbə gəlmirik və problem olur, dərslərdə gecikmələr olur".
Bəzi sakinlər məcbur qalıb elektrik piltərindən istifadə edirlər ki, o da qısaqapanma yaradır. Bununla yanaşı binanın yeni istifadə verilməsinə baxmayaraq artıq təmiri də demək olar ki, yararsızdır.
Azəristiliktəchizat-dan da bildirildi ki, bu yaşayış kompleksi onların balansında olmadığından qurum binaların istiliklə təhcizatına məsuliyyət daşımır: "Həmin bina və qazanxana qaçqın və məcburi köçkünlər üzrə dövlət komitəsinin sifarişi əsasənda tikilib və həmin qazanxana bizim balansımızda deyil, adını çəkdiyim həmin qurumun balansındadır".
Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsindən "ATV Xəbər"ə bildirildi ki, yaşayış kompleksində qurulan qazanxanaların istismara hazırlıq aktı Azəristiliktəchizat və digər qurumların nümayəndələri tərəfindən imzalanıb. Dövlət Komitəsinin müraciətlərinə baxmayaraq, qazanxanalar müvafiq qaydada balansa götürülməyib. Aidiyyəti quruma qəsəbədə sayğacların quraşdırılması üçün edilən müraciətlər də nəticəsiz qalıb. Buna baxmayaraq məsələ Qaçqınkomun diqqətindədi. Həlli istiqamətində lazımi addımlar atılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda dişini çəkdirən qadın öldü
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
XƏBƏR LENTİ
-
Bakıda dişini çəkdirən qadın öldü
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
"Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı - (Foto)
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı
-
Bakının bu ərazilərində işıqlar sönəcək - Siyahı
-
"Formula-2": Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - (Foto)
-
"Fevrala kimi 450 min nəfər öləcək" - hava xəbərdarlığı
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?





