Ölkə

Hövsanın palçıqlı yolu sakinləri təngə gətirib - VİDEO

20 Noyabr 2022 10:53
Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər rayonu, Hövsan südçülük sovxozu adlanan ərazidəki adsız küçənin yolu bərbad vəziyyətdədir. Yolda palçıqdan hərəkət etmək çox çətindir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 200 ailənin yaşadığı bu küçə hər dəfə yağış yağan kimi bu vəziyyətə düşür. Sakinlərin sözlərinə görə, artıq 10 ildir ki, burada vəziyyət dəyişmir.

Yol o qədər bərbaddır ki, piyadaları bu vəziyyətdən xilas etmək istəyən sürücülər özləri də ciddi çətinlik çəkirlər.

Sakinlər  dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər.

Xəzər Rayon İcra Hakimiyyətinin şöbə müdiri Gülbala Qurbanov problemlə bağlı "Xəzər Xəbər"in sualını dinlədikdən sonra cavab vermək əvəzinə dəstəyi asıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.