Ölkə

Bakıda kitabxanada dəhşətli mənzərə - VİDEO

16 Noyabr 2022 15:21
Baxış: 1 261
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində 50 min  kitabın saxlanıldığı kitabxana binası  çox  acınacaqlı vəziyyətdədir.

Təmirsizlikdən kitabxananın döşəməsi çöküb.

Kitabxanadan bildirilib ki, hadisə yay ayının sonlarında baş verib. Bir əsrə yaxın tarixi olan kitabxanada sonuncu dəfə təmir işləri 2006-cı ildə aparılıb. Elm ocağının işçiləri tərəfindən bildirilib ki, sentyabr ayının axırında Bakı şəhər Mədəniyyət İdarəsi tərəfindən gəlib əraziyə baxış keçirilib, ölçü aparılıb, yaxın vaxtlarda təmir olunacağı ilə bağlı məlumat verilib.

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova isə bildirib ki, yaxın gələcəkdə kitabxanada təmir işləri aparılacaq.

Bildirilib ki, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 3 saylı filialının il ərzində 2500 oxucusu var. Kitabxana hər gün təxminən 15-20 oxucuya xidmət göstərir.

Milli.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.