Azərkosmos yeni peyklər buraxacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan höküməti ölkədə kosmik sənayenin inkişafına böyük önəm verir. Hazırda 2030-cü ilə qədər Azərbaycanın kosmik sahəsində fəaliyyətləri ilə bağlı böyük sənədlər hazırlayırıq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov "Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer" beynəlxalq konfransında deyib.
O bildirib ki, Azərbaycan Kosmik Agentliyi gələcəkdə yeni peykləri buraxacaq və bununla yeni məlumatlar kəşf olunacaq.
"Kosmik sektorda uğura imza atamaq üçün irəli getmək üçün agentlik beynəlxalq əməkdaşlığa üstünlük verməlidir. Beynəlxalq təşəbbüslərin bir hissəsinə çevrilməlidir. Bunun nəticəsidir ki, Azərbaycan kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur və növbəti il Bakı şəhərində beynəlxalq astrologiya konqresi keçiriləcək",- S.Əsədov deyib.
Sədr bildirib ki, telekommunikasiya infrastrukturunun böyük hissəsi peyk fəaliyyətindən asılıdır: "Hamımız naviqasiya xidmətlərindən istifadə edirik, meteorologiya və iqlim dəyişikliyi araşdırmaçıları peyklərinin tədqiqat şəkillərini və məlumatlarından yararlanır. Günəş fəaliyyəti və kosmik hava ilə bağlı müzakirələr getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan hökümətinin hazırda 3 istismarda olan peyki var. Agentlik olaraq bu obyektlərin verdiyi məlumatları bir çox iqtisadi sahələrdə tətbiq edirik. Onlar telekommunikasiya infrastrukturunun inkişafında böyük rol oynayır".
Agentlik sədri əlavə edib ki, günəş və kosmik anomaliyalar peyk infrastrukturuna təsirsiz ötüşmir:
"Əməliyyatçı olaraq bu anomallıqdan əziyyət çəkirik. Müxtəlif təşkilatçılardan çoxsaylı məlumatlar əldə edirik və peyklərin fəaliyyətini öncədən görməyə çalışırıq. Müəyyən tədbirlər görürük ki, bu təsirin mənfi nəticələri bir o qədər görsənməsin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib
-
Vilayəti Paşinyana xəbərdarlıq etdi - “Onların ayaqlarını qıracağıq”
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir





