Ölkə

Sürücülərin NƏZƏRİNƏ: "VAZ dairəsi" kimi adlanan ərazidə YENİLİK OLACAQ - VİDEO - FOTO

17 Oktyabr 2022 09:44
Baxış: 2 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, yeni geri dönmə hissə yaxın günlərdə istifadəyə veriləcək.

Bunun üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən lazımi sayda qüvvə cəlb olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.