Şuşa, Ağdam və Füzuli istiqamətində oktyabra olan biletlər satışa çıxarılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr ayına olan biletlər 27 sentyabr 2022-ci il saat 17:00-da satışa çıxarılacaq.
Nazirlikdən Trend-ə verilən məlumata görə, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Səfər zamanı təhlükəsizliyin təmin edilməsi məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində sərnişinlər tarixi, mədəni və dini abidələri ziyarət edirlər.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Müntəzəm avtobus marşrutları ilə bu günədək 355 reys həyata keçirilib, 15211 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
JONY ad və soyadını dəyişdi
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi





