Qazaxda iki uşağı ildırım vurub.
Milli.Az xəbər verir ki, bu barədə Qazax Müalicə Diaqnostika Mərkəzindən APA-ya bildirilib. Qeyd edilib ki, bu gün ildırım vurması nəticəsində tibb müəssisəsinə iki nəfər yerləşdirilib.
"2011-ci il təvəllüdlü olan zərərçəkən xəstəxanaya gətirilərkən ölü vəziyyətində olub. Digər zərərçəkən - 2012-ci il təvəllüdlü pasiyentin reanimasiya şöbəsində müalicəsinə davam edilir. Hazırda vəziyyəti orta ağırdır", - qeyd olunub.
Milli.Az