Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan bir qrup sakin yaxınlıqdakı metaləritmə zavodundan narazılıq edir. Mətləb Ağayev küçəsində yaşayan sakinlər iddia edirlər ki, yaşadıqları ərazidə yeni fəaliyyətə başlayan metaləritmə zavado vəziyyəti dözülməz həddə çatdırıb. Xüsusilə gecə saatlarında işləyən zavoddan gələn səs-küy onların yuxusunu ərşə çəkib.
Hər gün zəhərli tüstünü ciyərlərinə almaq məcburiyyətində qalan sakinlər zavodun kənar əraziyə köçürülməsini istəyirlər
Zavoddan rəhbərliyin kənarda olduğu bildirildi. Zavodun qapısında gözləsək də nə gələn oldu, nə də gedən. Suallarımıza isə cavab verən tapılmadı.
Ekologiya və Təbii Sərvətlər nazirliyindən isə bildirilib ki, məsələ ilə bağlı qısa müddətdə araşdırmalara başlanacaq.
Ətraflı Xəzər TV-də:
Milli.Az