Ölkə

UNESCO-nun Xoşməramlı səfiri Nizami Gəncəvi Beynəlxalaq Mərkəzində olub - FOTO

4 Sentyabr 2022 13:33
Baxış: 661
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UNESCO-nun Xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü xanım Hedva Ser IX Qlobal Bakı Forumunun nəticələrini və X Qlobal Bakı Forumuna hazırlıq prosesini və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tolerantlıq, müxtəlif dinlərin və mədəniyyətlər arasında anlaşmanın təbliğ olunması istiqamətində fəaliyyətini, UNESCO ilə əməkdaşlığı müzakirə edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş "The Magic of the Pen: Select Miniatures from the Khamsa of Nizami Ganjavi" adlı kitabı xanım Hedva Serə təqdim olunub.

Sentyabr ayında 10 illiyini qeyd edəcən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) müxtəliflik, tolerantlıq, dialoq, anlaşma və müştərək cəmiyyətlər prinsiplərinə həsr olunmuş beynəlxalq təşkilatdır.

Bu prinsiplər XII əsr şairi və arifi Nizami Gəncəvinin müdafiə etdiyi dəyərlərdir. NGBM-i şərq mədəniyyətinin dahilərindən sayılan Nizami Gəncəvi və onun irsi ilə bağlı bir sıra tədqiqat və sənədləşdirmə layihələri reallaşdırıb. NGBM eyni zamanda dünyanın çağırışlarını müzakirə etmək və mövcud problemlərin həlli yollarını araşdırmaq üçün dövrümüzün ən görkəmli adamlarını bir araya toplayır.

Mövcud olduğu 10 il ərzində NGBM 20-dən çox ölkədə (o cümlədən Azərbaycan, Belçika, Çin, Misir, Yunanıstan, İtaliya, İordaniya, Latviya, Polşa, İsveçrə, Türkiyə, ABŞ və s.) 24 Ali Səviyyəli Görüşlərə, 10-dan çox Fakt Araşdırıcı Missiyaya və 20-dən çox koordinasiya görüşlərinə ev sahibliyi edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.