Goranboyda ŞOK OLAY - Gənc oğlan 9 illik sevglisini qaçırdı və təcavüz etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Goranboy rayonunda sevdiyi qızı qaçırmaqda ittiham olunan 1995-ci il təvəllüdlü Xəyal İsgəndərov və taksi sürücüsü Bəxtiyarın (adlar şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunun Zeyvə kəndində baş verib.
Xəyal həmkəndlisi Aygünü evlənmək məqsədilə qaçırmaq qərarına gəlib. O, 11 oktyabr 2020-ci ildə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Bəxtiyara zəng edib və onu yaşadıqları kənddə olan mağazanın qarşısına dəvət edib. Orada görüş zamanı Bəxtiyara Aygünü qaçırmaq istəməsi barədə niyyətini bildirib, ondan avtomobillə kənddən çıxamlarına kömək etməsini xahiş edib. Bəxtiyar da ona kömək etməyə razılıq verib.
Bundan sonra onlar Aygünün Zeyvə kəndində yaşadığı küçəyə gəliblər və onun gəlməsini gözləyiblər. Bir qədər sonra Aygün küçə ilə gəlməsini görüblər.
Bəxtiyar avtomobili Aygünün yanında saxlayıb. Xəyal həmin vaxt avtomobildən düşüb və fiziki güc tətbiq etməklə Aygünü maşına mindirmək üçün dartıb. Bu zaman Xəyal Aygünün qışqıraraq köməyə adam çağırmasına və müqavimət göstərməsinə əhəmiyyət verməyib, zorla maşına mindirib.
Daha sonra Bəxtiyar avtomaşını idarə edərək Goranboy şəhəri istiqamətində hərəkət edib. Yolda Aygün müqavimət göstərib, onunla getmək istəməməsini deyib, azad edilməsi barədə yalvarsa da, onun yalvarışlarına məhəl qoymayıblar. Xəyal Aygünü Goranboy şəhəri, Ə.Gorani küçəsimdə yaşayan qohumu Təranənin evinə gətirib.
Bu zaman Aygünün ağlamasından narahat olan Təranə işdə olan əri Səmədə məlumat verib. Səməd işdən gəlib və onları evindən qovub. Daha sonra Xəyal Aygünü digər qohumunun fərdi yaşayış evinin həyətində yeni tikilmiş evə apararaq orada saxlayıb.
Bundan sonra Xəyal Aygünün onunla evlənməsinə razı olmayacağını görüb. O, Aygünlə cinsi əlaqədə olduğu təqdirdə çıxılmaz vəziyyətdə qalaraq razılaşacağını düşünüb və onunla zorla cinsi əlaqəyə girib.
İstintaq orqanı tərəfindən Xəyalın barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu), 29,149.1-ci (zorlamaya cəhd) və 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə ittiham elan edilib.
Taksi sürücüsü Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə ititham verilib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xəyal bildirib ki, Aygünü 9 ildir sevib. Onun sözlərinə görə, ata-anası dəfələrlə Aygünə elçi getsələr də, onlara yox cavabı verilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyal 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona ona 3 il sınaq müddəti olmaqla 8 il şərti cəza verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı





