İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyul ayının 27-də saat 20:40-da Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından (İİR) Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Bu barədə Milli.Az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamanı yerə ataraq havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar.
Həmin ərazidə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada təxmini çəkisi 5025 qram narkotik vasitə tiryəkə bənzər maddə və 1 ədəd "PULSAR HELİON 2" markalı termal gecəgörmə cihazı aşkar olunaraq götürülüb.
Avqust ayının 5-də saat 22:30-da Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İİR-dan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, ərazi qapadılaraq sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılıb.
Keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində saat 23:00 radələrində Astara rayonunun Qapıçıməhəllə kəndi ərzisində "Mercedes-Benz" markalı 10-UD-091 dövlət nömrə nişanlı avtomobilin mühəndis texniki çəpərinin yaxınlığında dayanması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmış 1 ədəd bağlamanı götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayan naməlum şəxs ərazidən bağlamanı götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb.
Saxlanılan şəxsin əvvəllər məhkum olunmuş Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Mamedov İlqar Boran oğlu olduğu müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 5 780 qram psixotrop tərkibli metamfetamin həbləri və 695 qram marixuanaya bənzər narkotik maddə aşkar olunaraq götürülüb. İlqar Mamedovun saxlanılmasını görən avtomobilin sürücüsü sərhəd naryadının qanuni tələblərinə tabesizlik göstərərək yüksək surətlə ərazidən uzaqlaşıb.
Hadisə yerindən qaçmış avtomobilin saxlanılması ilə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə (DİN) məlumat verilib, nəticədə Masallı rayonu ərazisində DİN BDYP əməkdaşları tərəfindən avtomobilin sürücüsü saxlanılmışdır. Onun 1980-ci il təvəllüdlü əvvəllər narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə məhkum olunmuş Xocavənd rayon sakini Aslanov Anar Yavər oğlu olması müəyyənləşdirilib.
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı





