Buzdux dağı və nəzarətə götürülən digər yüksəkliklərin strateji əhəmiyyəti nədir? - Polkovnikdən AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan Ordusu bölmələrinin ərazidə apardığı dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklərə nəzarəti bərpa edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Yüksəkliklərin strateji əhəmiyyəti barədə oxu.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, bu mövqelər Azərbaycan Ordusunun bölmələrinə separatçıların bundan sonra törətməyə cəhd edəcəyi təxribatların qarşısını almağa imkan verir:
"Ordumuz Suqovuşan, Sərsəng və Murovdağa çıxışı olan böyük bir ərazini nəzarət altına alıb. Bununla da qarşı tərəfin təminat yollarına, mövqelərinə tam nəzarət edə bilirik. Bu, düşmənin o ərazidə apara biləcəyi terrorçu fəaliyyətlərə qarşı qabaqlayıcı tədbirlər görə bilmək deməkdir. Bundan əvvəl verilən məlumatlar da onu göstərir ki, "Qisas" antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə qanunsuz erməni silahlılarının tutduğu mövqelərə nəzarəti gücləndirib. Ümumiyyətlə nəzarət etdiyimiz ərazilər nə qədər genişləndirilsə, o qədər yaxşıdır. Texniki müşahidə vasitələri o ərazilərdəki bütün dəyişikliklərdən, mövqelərdə aparılan işlərdən xəbərdar olmağımıza imkan verir".
Hərbi ekspert hesab edir ki, Azərbaycan gələcəkdə Üçtərəfli Bəyanatın dördüncü bəndini (erməni silahlı birləşmələrinin bölgədən çıxarılması -red.) güc vasitəsilə yerinə yetirməli olsa, bu mövqelər proses üçün kifayət qədər əlverişlidir:
"Daha effektiv nəticələr alına bilər. Bu mövqelər Azərbaycan bölmələrinə imkan verəcək ki, mövcud istiqamətlərdən əldə edilən məlumatlar əsasında düşmənlə təmasa girmədən onların bütün mövqeləri dağıdılsın, qanunsuz silah daşıyanlar tərk-silah edilsin. Dediklərim bundan sonra rahatlıqla baş tutacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
XƏBƏR LENTİ
-
Ödəniş və bank brendlərini təqlid edən fişinq şəbəkəsi aşkarlanıb
-
Baş Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
-
“Sovetski”də söküntü ərazisindən meyit tapıldı
-
Vəfa Zeynalovanın digər qızı da xaricdə yaşayacaq - (Foto)
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
"Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
-
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
-
"Neftçi"də yeni müqavilə
-
Azərbaycanda sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
-
Ağdam-Ağcabədi yolunun kənarında yanğın
-
Əli Əsədov yeni qərar imzaladı
-
Bakının ictimai nəqliyyatında tarixi rekord: Sabahdan 2530 avtobus buraxılır
-
Almaniyada Cessna təyyarəsi tarlaya düşdü
-
Park Cinema artıq “Sea Breeze”də!
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
-
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
-
Çexiya millisinin keçmiş qapıçısı vəfat etdi
-
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
-
Altı gün əvvəl qəzaya düşmüş qadın xəstəxanada öldü
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı





