Ölkə

Döyüş təyyarələrimiz təlim keçirir - VİDEO

4 Avqust 2022 13:16
Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin tədris dövrünün hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri və helikopterləri ilə təlim-məşq uçuşları keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.