Ölkə

Bakıdan Naxçıvana yeni avtobus reysi açılır

22 İyul 2022 09:54
1 Şərh     Baxış: 2 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə yeni avtobus reysi açılır.

Milli.Az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb

Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatacaq. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və https://avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.