Ölkə

Elman Rəfiyevin ölkədən çıxışına “stop” qoyuldu

20 İyul 2022 14:30
0 Şərh     Baxış: 2 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb.

Məlum olub ki, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb. Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.

Dövlət Pantomima Teatrının səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün onun Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqətti məhdudlaşdırılıb.

Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən teatrın direktorudur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.