Ölkə

Nabranda BİABIRÇILIQ: Kişi hovuzdakı qadınları çəkib təhqir etdi - VİDEO

20 İyul 2022 12:53
13 Şərh     Baxış: 8 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə istirahət mərkəzlərinin birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin görüntüləri yayılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, görüntülərin Nabranda yerləşən istirahət mərkəzlərindən birində çəkildiyi ehtimal edilir.

Sözügedən şəxs "magerramoff" adlı profillə "Tik-tok" platformasında hovuzda çimən qadınları canlı yayımda videoya çəkərək onu izləyən şəxslərə "hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?" şəklində ifadələr işlədib. 93 min izləyici olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılıb. İstirahət mərkəzində dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov "Qafqazinfo"ya bildirib ki, yayılan görüntülərdəki hadisə barəsində məlumat var: "Hazırda araşdırma aparılır. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 32-ci maddəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.