Ölkə

Azərbaycanda yol polisinə hücum edilib

18 İyul 2022 12:52
0 Şərh     Baxış: 1 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 16-da saat 2 radələrində Hacıqabul rayonu ərazisində işıq sistemi nasaz vəziyyətdə olan "Hyundai" markalı avtomobil BDYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məmmədovun və sərnişini, həmyerlisi Yaqub Məmmədovun narkotik vasitənin təsiri altında olmaları şübhə doğurduğundan onlar həkim müayinəsinə dəvət ediliblər.

Lakin bu zaman onlar tabesizlik göstərib, Y. Məmmədov isə bıçaqla polis əməkdaşlarına xəsarət yetirməyə cəhd edib. Polis əməkdaşlarının çevikliyi ilə Y. Məmmədov tərksilah edilib.

Sürücünün narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub. Onlar araşdırma aparılması üçün Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Polis Şöbəsində şəxsi axtarış zamanı Y. Məmmədovdan 40 qram marixuana, R. Məmmədovdan heroin və metamfetamin, avtomobilə baxış zamanı isə elektron tərəzi aşkar olunaraq götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.