Ölkə

“Azərsun"un maşını Cəbrayılda tank əleyhinə minaya düşüb, sürücü xəsarət alıb

14 İyul 2022 17:03
0 Şərh     Baxış: 1 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14 iyul tarixində Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Bu barədə Milli.Az-a ANAMA-dan məlumat verilib.

Xəbərə görə, "Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

ANAMA bir daha vətəndaşlarımıza müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.