Ölkə

Bakıda ərini bıçaqlayan qadının məhkəməsi başlayır

9 İyul 2022 15:52
0 Şərh     Baxış: 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ərini bıçaqlamaqda təqsirləndirilən Şəfiqə Babaşovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Milli.Az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini, 45 yaşlı Şəfiqə Babaşova aralarında yaranmış münaqişə zəminində əri, 48 yaşlı Gəncalı Babaşovu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan kişi xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Ş. Babaşova saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.